AzərbaycancaРусскийEnglish
Qaynar xətt
+994 50 706-41-11
Zəng sifariş etmək
hotline@perevod.az
perevod.az


Xaricdə təhsil

1 1 1 1 1 Reytinq 2.00 (1 Səs)

Graphic design: GoldStream Art House

Xaricdə təhsil almaq sizə əlçatmaz arzu kimi görünür? Düşünürsünüz ki, bu çox böyük xərc tələb edir? Və ya bu seçilmişlər üçündür?

Siz bilirdinizmi ki, dünyanın bir çox ölkələrində pulsuz təhsil almaq imkanı var? Minlərlə tələbə hər il təqaüd proqramları vasitəsi ilə Avropanın, Asiyanın, Amerikanın universitetlərində təhsil alırlar, təcrübə qazanırlar, yeni dostlar tapırlar, başqa mədəniyyətlərlə tanış olurlar, dünya görünüşlərini artırırlar.

Və bunların hamısı üçün sizdən Wunderkind olmağınız tələb olunmur, bir çox hallarda sadəcə böyük istək və həvəs də kifayət edə bilər. Əgər savadınıza, qabiliyyətlərinizə, istedadınıza və ya digər xüsusiyyətlərinizə güvənirsinizsə, bu sahədə biz sizə kömək etməyə hazırıq.

 Bir çox hallarda, istək böyük olsada, bəzi amillər insanları xaricdə təhsil almaqdan çəkindirirlər:

1. Özünə inamın az olması

Özünə inamın olmaması bir çox gəncləri bu addımı atmaqdan çəkindirir, halbuki, onlar təsəvür etmirlər ki, yalnız bir addımı atmaqla, misal üçün, təqaüd üçün müraciət etməklə onlar öz arzusuna çata bilər. Bunun üçün yalnız cəsarət tələb olunur. Bunu bir çox xaricdə təhsil almış tələbələr də təsdiq edə bilərlər.

2. Xaricdə təhsil ilə bağlı imkanlar haqqında kifayət qədər məlumatın olmaması

Bir çox gənclər müxtəlif imkanlar, təqaüd proqramları, universitetlər haqqında qəbul müddəti ərzində məlumat əldə etməkdə çətinlik çəkirlər, və ya bu cür elana rast gəldikdə artıq gec olur, çünki, sənədlərin qəbul vaxtı artıq bitib. Düzdür, bu cür materialları internetdə indi asanlıqla tapmaq olur, lakin bu məlumatlar çox vaxt ya ingilis, ya rus və ya başqa dillərdə olur. Azərbaycan dilində olanda belə, məzmunu anlamaq çətin olur, çünki ya hansı dildənsə tərcümə olunub və ya tam ətraflı, anlaşıqlı deyil. Ya çox qısadır, ətraflı deyil, yada ki, çox uzun və yorucudur. Elə bu mərhələdəcə bir çox insan öz fikrindən dönür.

3. Haradan başlayıb, harada bitirmək lazım olduğunu bilməmək.

Hansısa xarici universitetdə təhsil almaqla bağlı və ya təqaüd proqramı üçün müraciət etmək üçün bir çox mərhələlərdən keçmək lazımdır. Hər universitetin və təqaüd proqramının sənədlərin qəbulu üzrə özünə məxsus prosedurası var və onlar bunun üçün xüsusi müəyyən edilmiş protokollara ciddi riayət etməlidirlər. Buna görədə, tələbələr üçün göstərilən müraciət qaydalarına mütləq riayət etmək lazımdır, əks halda, sadə bir səhv sənədlərinizi toplamağınız və göndərməyinizlə bağlı bütün əziyyətinizi puç edə bilər. Problem ondadır ki, sənədlərin qəbulu prosedurası ilə bağlı məlumatı tapmaq, anlamaq və riayət etmək hərdən çox çətin olur, xüsusəndə bir neçə universitetə və ya təqaüd proqramına eyni vaxtda müraciət etdikdə. Tələbə heç bilmir haradan başlasın, harada bitirsin. Birinci Motivation letter-i yazsın, diplomunu tərcümə edib təsdiqləsin, özünə uyğun universitet tapsın, onlara uyğun səviyyədə məktub yazsın, tövsiyə məktubları üçün müəllimlərini axtarsın və s., üstəlik hamısı İngilis dilində, özüdə vaxtda sıxır. Bunlar çox yorucu, vaxt aparan və həvəsdən salan ola bilər. Bir çox gənclər elə buradaca ümidsizliyə qapılıb bu işdən bir dəfəlik əl çəkirlər.

Bunlar çox insan üçün tanış olan hisslərdir. Bunun üçün biz xaricdə təhsil ilə bağlı konsultasiya xidmətlərini sizə təklif edirik. Biz sizin təhsilinizə, imkanlarınıza və arzunuza uyğun xaricdə pullu və pulsuz təhsil almağınız üçün kömək edə bilərik, istiqamət və doğru yol göstərə bilərik, ən azından məsləhət verə bilərik. Bunun üçün çəkinməyin, bizə müraciət edin, sizin suallarınıza cavab verməyə həmişə hazırıq. Uğurlar!

Sosial şəbəkələrdə paylaş: