AzərbaycancaРусскийEnglish
Qaynar xətt
+994 50 706-41-11
Zəng sifariş etmək
hotline@perevod.az
perevod.az


Hərfi yoxsa sərbəst tərcümə: Hansı yanaşma daha məqsədəuyğundur?

1 1 1 1 1 Reytinq 0.00 (0 Səs)

Hərfi və ya sərbəst tərcümənin nisbi üstünlükləri yüzilliklər boyunca mübahisə obyektinə çevrilmişdirlər və bu problemin yaxın zamanlarda öz həllini tapması indandırıcı görünmür. Əslində, kontekstdən və situasiyadan asılı olaraq, hər iki yanaşmanın tətbiqi məqsədəuyğun ola bilər.

Tərcümə prosesində bir neçə faydalı texnikalar mövcuddur, hansılar ki nəticə etibarilə dilçiyə mətni ən dəqiq şəkildə tərcümə etməyə kömək edə bilərlər. Hərfi və sərbəst tərcümə - tərcümənin iki əsas variantlarıdırlar. Baxmayaraq ki, onlar tərcümənin fərqli üsullarıdırlar, onların hər ikisi, mətni digər dilə tərcümə edərkən, effekiv ola bilərlər.

Bütün peşəkar tərcüməçilər tərcümə prosesi haqda yüksək biliklərə malik olurlar, lakin bu texnikalardan tərcümədə istifadə edə bilmək üçün, tərcüməçinin çoxlu praktikası və təcrübəsi olmalıdır ki, o dildən-dilə tərcümə sahəsində geniş praktiki biliklərə də yiyələnə bilsin.

Hərfi tərcümə imkan verir ki, mətnin tərcüməsi orijinal mətnə mümkün qədər yaxın olsun. O mətnin üslubunu və orijinal mesajın struktur formasını qoruyub saxlayır. Əksər linqvistlər hesab edirlər ki, istənilən dildə cümlələrin 70%-i hərfi tərcümə üsulundan istifadə edilərək tərcümə oluna bilər, hətta mürəkkəb mətnlərlə işlədikdə belə. Buna görə də, bu günə kimi tərcüməçilər tərəfindən hərfi tərcümə texnikaları geniş tətbiq olunur.

Həqiqətən də, hərfi tərcümə dildən-dilə tərcümə sahəsində ən əsas tərcümə texnikalarından biridir. Bu üsuldan istifadə etdikdə meydana dəqiq tərcümə məhsulu çıxır, hansı ki dilin hədəflənən auditoriyası tərəfindən asanlıqla başa düşülür. Digər tərəfdən, sərbəst tərcümə metodu mətnin üslubuna və orijinal mətnin sintaksisinə xüsusi diqqət ayırmadan orijinal dildə olan mənanı ötürmək üçün nəzərdə tutulub. Lakin, şübhəsiz ki, onun da hədəfi dəqiq tərcümə məhsulunu yaratmaqdır, sadəcə tamamilə başqa üsulla.

Eynilə hərfi tərcümə ilə olduğu kimi, sərbəst tərcümə üsulu da tərcüməçinin dildən-dilə tərcümə sahəsində geniş biliklərə malik olmasını tələb edir. Bundan əlavə, sərbəst tərcümə üsulunun tətbiqi mətnin oxucular tərəfindən çətinliklə başa düşüldüyü hallarda məqsədəuyğundur.

Bəs dilçi nə vaxt sərbəst tərcümə üsulundan istifadə etməli və hansı hallarda hərfi tərcümə üsulunun tətbiqi daha məqsədəuyğundur?

Tərcümə mürəkkəb prosesdir və buna görə də, həm hərfi, həm də sərbəst tərcümə üsulu dəqiq tərcümə məhsulu yaratmaq üçün çox önəmlidirlər. Lakin qeyd edilməlidir ki, dilçilər bu metodlardan birini tətbiq etməmişdən öncə hər bir cümlənin kontekstini və ya fikrini bütövluklə dərk etməlidirlər. Əks halda, elə hal yarana bilər ki, bu metodlardan birinin tətbiqi mətnin orijinal mənasının təhrif olunmasına gətirib çıxara bilər. Bunun üçün də, hər iki dilin incəliklərini yaxşı anlayan və peşəkar tərcümə sahəsində çoxlu praktikaya və təcrübəyə malik olan, şəhərin ən peşəkar tərcüməçisini sifariş etmək lazımdır.

Tərcüməçi tərcümə zamanı müxtəlif yanaşmalardan istifadə edə bilər, lakin o unutmamalıdır ki, hər bir tərcümə interpretasiya prosesidir.

Müəllif: Charlene Lacandazo                    Mənbə: Free Articles from ArticlesFactory.com

Tərcümə Gold Stream şirkəti tərəfindən yerinə yetirilib

Sosial şəbəkələrdə paylaş:

Şərh vermək


Təhlükəsizlik şifrəsi
Yenilə