AzərbaycancaРусскийEnglish
Qaynar xətt
+994 50 706-41-11
Zəng sifariş etmək
hotline@perevod.az
perevod.az


Tərcümə işinin gələcəyi maşın yox, insan tərcüməçilərinin əllərindədir

1 1 1 1 1 Reytinq 0.00 (0 Səs)

Icon made by Freepik from www.flaticon.comSon zamanlar maşın tərcüməsi ətrafında çoxlu səs-küy müşahidə olunur. Həqiqət isə ondan ibarətdir ki, ixtisaslı insanlar tərəfindən yerinə yetirilən tərcümə ən yaxşı maşın tərcüməsini üstələməkdə davam edir və çox güman ki, bu hələ uzun müddət, bəlkə də həmişə belə olacaqdır.

Qloballaşdıqca dünya daha da məhsuldar olmağa və resurslardan bacarıqlı istifadə etməyə başlamışdır. Ola bilsin ki, dünyanın müxtəlif industriyaları modernizasiyanın və texnologiyaların böyük xidmətindən bərabər şəkildə yararlana bilmədilər. Lakin maşınların və mobil qurğuların böyük təsiri sayəsində insanlar maşınların imkanlarından asılı olmağa başlayırlar və bunun nəticəsi kimi, sistemləri təkmilləşdirmək məqsədilə təkrar sınaqlar metodu ilə yoxlamaya məhəl qoyulmamağa başlandı.

İnsanların maşınlardan olan asıllıqlarına baxmayaraq, texnologiyaların həm insanın bilikləri, həm də onun iş effektivliyi üçün təklif edəcəyi bir çox faydalı köməklikləri var. Lakin heç də bütün maşınla alınmış nəticələr effektiv olmur: bəzən məhsulun dəqiqliyi kifayət dərəcədə yaxşı olmur.

Həqiqət ondan ibarətdir ki, maşınlar iş prosesini effektiv və asan edir, lakin məhsulların keyfiyyəti heç də həmişə etibarlı olmur. Tərcümə sahəsinə gəlincə, məhsulun keyfiyyəti bütün hallarda çox önəmlidir; lakin texnologiyaların insan həyatına olan təsiri sayəsində yekun tərcümə məhsulunun keyfiyyəti aşağı düşür.

Bəs modernizasiya tərcümə industriyasına necə təsir göstərir?
Bir çox insan yəqin düşünür ki, tərcümə xidmətinin yerinə yetirilməsi zamanı texnologiyaların geniş istifadə olunması insan əməyi ilə tərcümə sahəsi üçün böyük risk yaradır. Bu bir faktdır ki, maşin tərcüməçi proqramlarından istifadə və onların üstünlükləri insan tərcüməçilərə tərcümə məhsulunun keyfiyyətini yaxşılaşdırmağa kömək edirlər.

Bugünkü gündə, demək olar ki, hər kəs istər kompyuter, istərsə də mobil telefonların köməyilə maşın tərcüməçi proqramlarından istifadə edə bilir, lakin maşın tərcüməçi proqramlarının nə qədər qabaqcıl olmalarından asılı olmayaraq, insan əməyi ilə tərcümə ən yaxşı seçim qalmaqda davam edəcəkdir. Çünki maşın tərcüməçi proqramları insanların linqvistik incəliklərini tərcümə edə bilmirlər və yaxın gələcəkdə də bunu edə bilməyəcəklər.

Beynəlxalq biznes müəssisələrinin müvəffəqiyyəti çox vaxt tərcümə məhsullarının dəqiqliyindən asılıdır. Sənədlərin ən dəqiq formada tərcüməsini əldə etməyin ən əsas yolu - insan əməyi ilə yerinə yetirilən tərcümədir. Əks halda, istənilən tərcümə prosesi üçün maşın tərcümə proqramlarından istifadə şirkət üçün potensial fəlakətə səbəb ola bilər.

Bəs biz tərcümə agentliklərinin imkanlarına və peşəkarlığına necə əmin ola bilərik? Bir tərcümə xidmətləri şirkətinin digərlərindən yaxşı olmasını hansı meyarlar üzrə müəyyənləşdirmək olar?

İşinizi gördürmək üçün tərcümə agentliyini seçərkən bir neçə aspektlər var ki, onları nəzərə almalısınız. Adətən, savad və peşəkarlıq hər bir müştərinin yazılı və şifahi tərcüməçidən tələb etdiyi ən vacib tələblərdir. Bundan əlavə, aydın məsələdir ki, müştərilər bütün tərcümə proseduruna olan tərcümə qiymətləri və xərcləri ilə bağlı məlumatlı olmalıdırlar.
Texnologiyaların hər bir insanın gündəlik həyatında və hətta işində köməyi olsa da, onlar hələ kifayət qədər inkişaf etməyiblər ki, onlardan tərcümə işində, xüsusən də xarici dildə olan vacib sənədlərin, o cümlədən biznes, təhsil, tibb və digər vacib sənədlərin tərcüməsində istifadə oluna bilsin.

Müəllif: Charlene Lacandazo                   Mənbə: Free Articles from ArticlesFactory.com

Tərcümə Gold Stream şirkəti tərəfindən yerinə yetirilib

Sosial şəbəkələrdə paylaş:

Şərh vermək


Təhlükəsizlik şifrəsi
Yenilə