AzərbaycancaРусскийEnglish
Qaynar xətt
+994 50 706-41-11
Zəng sifariş etmək
hotline@perevod.az
perevod.az


Bu gün görkəmli şərqşunas və tərcüməçi Rüstəm Əliyevin ad günüdür

1 1 1 1 1 Reytinq 0.00 (0 Səs)

Rüstəm Əliyev (1929-1994) – məşhur Azərbaycan şərqşünası, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi, Harvard Universitetinin fəxri doktoru.

 Rüstəm Musa oğlu Əliyev 1929-cu il yanvar ayının 13-də Şəmkir rayonunun Morul kəndində anadan olmuşdur.1946-cı ildə Nizami adına Morul kənd orta məktəbini bitirib Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olmuş, burada bir il oxuduqdan sonra A.A.Jdanov adına Leninqrad Dövlət Universitetinin Şərq fakültəsinə qəbul olunmuşdur. Daha sonra həmin universitetin aspiranturasını bitirmiş, 1954-cü ildə Leninqradda "Sədi Şirazinin "Gülüstan" əsərinin tənqidi mətni" mövzusunda namizədlik, 1968-ci ildə Moskvada "Sədi Şirazinin poetik irsinin bərpası problemi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Yevgeni Bertelsin dəvəti ilə Leninqraddan Moskvaya gələn Rüstəm Əliyev 1955-1971-ci illərdə SSRİ EA Şərqşünaslıq İnstitutunda işləmiş, burada kiçik elmi işçidən Şərq mətnşünaslığı bölməsinin müdiri vəzifəsinədək yüksəlmişdir.

1972-1980-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Əlyazmalar İnstitutunda baş elmi işçi və Ərəbdilli yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin müdiri, 1980-1983-cü illərdə Nizami adına Ədəbiyyat İnstitutunda Nizamişünaslıq şöbəsinin müdiri, 1983-cü ildən ömrünün sonuna qədər Şərqşünaslıq İnstitutunda İran filologiyası şöbəsinin müdiri vəzifəsində çalışmışdır.

Azərbaycan Respublikası Mətbuat və İnformasiya Nazirliyinin elmi məsləhətçisi (1989-1994), AMEA prezidentinin klassik Şərq ədəbiyyatı üzrə müşaviri (1991-1994), Azərbaycan-İran Dostluq Cəmiyyətinin sədri (1992-1994), "Şəhriyar" qəzetinin və "Nizami Gəncəvi" jurnalının baş redaktoru (1992-1994) olmuşdur.

1994-cü ilin aprel ayında Bakıda vəfat etmiş, II Fəxri Xiyabanda dəfn edilmişdir.

Mənbə: Wikipedia

 

Sosial şəbəkələrdə paylaş:

Şərh vermək


Təhlükəsizlik şifrəsi
Yenilə