AzərbaycancaРусскийEnglish
Qaynar xətt
+994 50 706-41-11
Zəng sifariş etmək
hotline@perevod.az
perevod.az


Heyvanlar dil bilirlərmi?                           

1 1 1 1 1 Reytinq 0.00 (0 Səs)

Primatlara dil öyrətmə üzrə tədqiqat proqramlarında iştirak edən ən məşhur meymunlardan biri – Kanzi adlı kiçik şimpanzedir.

O xüsusi klaviaturada bir neçə yüz sözü uyğun simvollarla tutuşdura bilir və onların vasitəsilə də nəyəsə ehtiyacı olduqda öz istəklərini ifadə edir. Kanzinin sənədli şəkildə qeyd olunmuş bacarıqlarından – kibritlə alov almağı və tonqal üzərində zefir qızartmağı qeyd etmək olar. Həmçinin onu Pac-Man adlı kompüter oyununu oynamağa öyrədiblər və Kanzi onun birinci səviyyəsini keçməyi bacarmışdır.

Ali primatlara jestlər dilinin öyrədilməsi üzrə bir neçə çoxillik proqramlar məlumdur və onların gedişatı zamanı primatlar müəyyən dərəcədə öyrənmə və dərk etmə qabiliyyəti nümayiş etdirmişdirlər. Lakin, alimlərin suallarına müvəffəqiyyətlə cavab versələr də, meymunların özü heç bir eksperiment zamanı sual verməmişdirlər. Bəzi tədqiqatçılar hətta fərz etmişdirlər ki, məhz sual tərtib etmə insanın və heyvanların koqnitiv qabiliyyətləri arasında əsas fərqi təşkil edir. Buna baxmayaraq, alimlər Aleks adlı tutuquşundan sual eşitmişdirlər, hansı ki 30 illik ömrü boyunca bir neçə rəng, forma və məkan konsepsiyaları daxil olmaqla, 100 söz öyrənmişdir. Bir gün o sual vermişdir ki, onun özü hansı rəngdədir və “boz” cavabı aldıqda bu sözü yadda saxlamışdır.

 Delfinlər müxtəlif fit, ciyilti, inilti, vızıltı və s. səslərdən – cəmi 180 rabitə işarəsindən ibarət olan kifayət qədər inkişaf etmiş dildən istifadə edirlər. Hər bir delfin doğulduqda ad alır və o ada qohumları müraciət etdikdə hay verir. Delfin dili tam şəkildə hələ də öyrənilməyib.



Mənbə: http://muzey-factov.ru/tag/languages#6492

http://muzey-factov.ru/tag/languages#6433

http://muzey-factov.ru/tag/languages#956

Sosial şəbəkələrdə paylaş:

Şərh vermək


Təhlükəsizlik şifrəsi
Yenilə