AzərbaycancaРусскийEnglish
Qaynar xətt
+994 50 706-41-11
Zəng sifariş etmək
hotline@perevod.az
perevod.az


16 dil bilən şəxsdən 10 dəyərli məsləhət               

1 1 1 1 1 Reytinq 5.00 (1 Səs)

Kato Lomb – bir çox dil bilən macarıstanlı peşəkar tərcüməçidir. Dillərin əksəriyyətini o dərsliklər və bədii ədəbiyyatla işləyərkən özbaşına öyrənmişdir.

O öz dillərin öyrənilmə üsulunu “Mən dilləri necə öyrənirəm” adlı kitabında izah etmişdir:

 

  1. Dili öyrənməklə hər gün məşğul olun. Əgər vaxtınız yoxdursa, heç olmasa gündə 10 dəqiqə məşğul olun. Xüsusilə də bunu səhərlər etmək daha yaxşıdır.
  2. Əgər öyrənmə həvəsiniz tez zəifləyirsə, özünüzü məcbur etməyin, lakin eyni zamanda da dərsləri atmayın. Hər hansı başqa bir öyrənmə üsulunu fikirləşin: kitabı kənara qoyun, bir az radioya qulaq asın, dərslikdə olan çalışmalara fasilə verin və lüğəti vərəqləyin və s.
  3. Heç vaxt heç nəyi ayrı-ayrılıqda, kontekstdən çıxarılmış vəziyyətdə öyrənib əzbərləməyin.
  4. Mümkün olan ən çox hallarda istifadə oluna biləcək hazır frazaları növbəsiz şəkildə qeyd edin və onları öyrənin.
  5. Ağlınıza gələn hər bir şeyi fikrən tərcümə etməyə çalışın: təsadüfən gördüyünüz reklam tablosunu, afişadakı yazıları, təsadüfən eşidilmiş söhbət parçalarını. Bu hər zaman istirahətdir, hətta yorulmuş baş üçün belə.
  6. Yalnız müəllim tərəfindən üzərində düzəlişlər edilmiş şeyləri bərk-bərk öyrənmək lazımdır. Üzərində düzəlişlər edilməmiş öz çalışmalarınızı təkrar-təkrar oxumayın: təkrar oxuma zamanı mətn istər-istəməz içində mövcüd olan bütün səhvlərlə birlikdə yadda qalır. Əgər tək məşğul olursunuzsa, yalnız düzgün olduğuna əmin olduğunuz şeyləri öyrənin.
  7. Hazır frazaları, idiomatik ifadələri birinci şəxsin tək halında qeyd edib yadda saxlayın.  Məsələn: “I am only pulling your leg” (“Mən sadəcə məzələnirəm”).
  8. Xarici dil bir qaladır və ona eyni zamanda hər bir tərəfdən hücüm etmək lazımdır: qəzet oxumaq, radioya qulaq asmaq, dublyaj olunmamış filmlərə baxmaq, xarici dildə keçirilən leksiyaları ziyarət etmək, dərsliyi ətraflı öyrənmək, yazışmalar aparmaq, dostlar -  dil daşıyıcıları ilə görüşmək və söhbət etməklə.
  9. Danışmaqdan çəkinməyin, edə biləcəyiniz səhvlərdən qorxmayın, xahiş edin ki, sizin səhvlərinizi düzəltsinlər. Və, ən əsası — sizin səhvlərinizi həqiqətən də düzələltməyə başlayanda məyus olmayın və inciməyin.
  10. Həmişə əmin olun ki, siz nəyin bahasına olur olsun öz məqsədinizə nail olacaqsınız və sizin yenilməz əzminiz və inanılmaz dil öyrənmə qabiliyyətiniz var.

 

Kato Lomb dilin öyrənilməsi ilə bağlı nəticəni müəyyən edən sadə bir düstur təklif etmişdir:
sərf olunmuş vaxt + maraq = nəticə
və ya, daha dəqiq desək:
(sərf olunmuş vaxt + maraq) / utanma (səhf etmə qorxusu) = nəticə.

Və sonda: 86 yaşlı Kato Lomb öz 54 yaşlı dostuna rast gələndə onun həyatı üçün ən həlledici frazanı demişdir: “Stiv, sən elə cavansan ki! İrəlidə neçə-neçə illərin var, sən hələ nə qədər dil öyrənə bilərsən!”



Mənbə: http://www.adme.ru/

Sosial şəbəkələrdə paylaş:

Şərh vermək


Təhlükəsizlik şifrəsi
Yenilə