AzərbaycancaРусскийEnglish
Qaynar xətt
+994 50 706-41-11
Zəng sifariş etmək
hotline@perevod.az
perevod.az


Öyrənmək üçün hansı dili seçim? İNGİLİS DİLİ

1 1 1 1 1 Reytinq 0.00 (0 Səs)

Xarici dil öyrənmək istəyən şəxsin qabağına çıxan əsas məsələ odur ki, hansı dili öyrənmək daha vacibdir və ona daha çox fayda verə bilər?

Dünyada təxminən 3000-dən artıq dil var, hətta bəzi alimlərin dediklərinə görə bu say 6000 keçir. Bu fikir ayrılığı onunla bağlıdır ki, bəzən dillər arasında sərhədləri təyin etmək çox çətin olur, lakin bu başqa söhbətin mövzusudur.  Dilin "vacibliyini" bir neçə faktor müəyyən edir. Onlardan bəziləri bunlardır:

1. Dünyada bu dildə və ona yaxın olan dillərdə danışan insanların sayı.

2. Dünyanın siyasi və iqtisadi xəritəsində əsas rol oynayan dövlətlərin dilləri.

3. Dəb. Nə qədər qəribə səslənsə də, geyim, mədəniyyət və davranış qaydalarında olduğu kimi, tarix göstərir ki, dildə dəb şəklində insanların həyatına girə bilər.

Bu rubrikada biz əsas dillər haqqında statistik məlumatlar və maraqlı faktlarla bölüşəcəyik və hansı dili öyrənib öyrənməyəcəyinizə isə Siz özünüz qərar verə bilərsiniz.

İNGİLİS DİLİ

Böyük Britaniyanın bayrağı

Birinci İngilis dilindən başlayacayıq çünki hamı bilir ki, ingilis dili beynəlxalq ünsiyyət, ticarət, biznes və əməkdaşlığın ən vacib dillərindən biridir. Bir çox beynəlxalq qurumların və təşkilatların rəsmi dilidir. BMT-nin 6 rəsmi dillərindən biridir.

- 75-dən çox dövlət quruluşunun rəsmi dilidir.

- 400 mln. çox insanın ana dilidir

- 1 mlrd. yaxın insan ikinci dil kimi bu dildə danışır.

Yayılmanın əsas səbəbləri: Britaniya İmperiyasının 19-cu əsirdəki kolonial siyasəti və ABŞ-ın son illərdəki dünya heqemonluğu.

İngilis dilində leksikanın 70% götürülmə sözlərdir. Əlifbası VII əsrdən latın qrafikası əsasındadır.

Çox adam düşünür ki, İngilis dili dünyada ən çox yayılmış dildir, amma həqiqət odur ki, doğma dilində danışanların sayına görə 1-ci yerdə Çin dili durur. 2-ci yerdə İspan dili, və yalnız 3-cü yerdə İngilis dili gəlir. Amma ikinci dil kimi bilənlərin sayına görə ingilis dili 2-ci yeri tutur (1 mlrd-a yaxın).

İngilis dili söz zənginliyinə görə də ön yerlərdə durur. İngilis dilində 800 000-dən artıq söz var. Bu rəqəmin böyüklüyünü anlamaq üçün Azərbaycan dili ilə müqayisə etsək bu demək olar ki 8 dəfə çoxdur çünki Azərbaycan dilinin yeni çap edilən son orfoqrafiya lüğətində 105 min söz vardır.

İngilis dilində ən qısa cümlə 3 hərfdən ibarətdir: I do/I am

İngilis dilində ən uzun söz 45 hərfdən ibarətdir: pneumonoultramicroscopicsilicovolcanoconiosis və vulkan tozu ilə nəfəsalma nəticəsində yaranan ağ ciyər və nəfəs yollarının xəstəliyi mənasını verir.

İngilis dilində ən çox məna verən söz set sözüdür. 44 mənada fel, 17 isim, 7 sifət şəklində, və bir neçə əlavə mənalar daşıyır. Ümumiyyətlə, sinonimlərin sayına görə də İngilis dili ilk yerləri tutur.

Ən çox istifadə olunan hərf E, ən az istifadə olunan hərf isə Q-dur.

Punktuasiya qaydaları İngilis dilində yalnız 15 əsrdən sonra meydana gəlib.

İngilis dilində ən qədim söz: town.

İngilis dilində Goodbye (Əlvida) sözü "God be with ye" (Tanrı səninlə olsun və ya Tanrı köməyin olsun) kəlməsinin qısaldılması nəticəsində yaranıb.

İngilis dilində yalnız 4 sözlə qafiyə yaratmaq mümkün deyil, onlar bunlardır: orange(portağal), purple(çəhrayi), silver(gümüş), month(ay).

Indivisibility(bölünməzlik) sözündə i hərfinə 6 dəfə rast gəlinir. Goddessship(ilahilik) sözündə isə bir samit (s hərfi) 3 dəfə dalbadal yazılır.

"The quick brown fox jumps over the lazy dog" cümləsində İngilis dili əlifbasında olan bütün hərflərdən istifadə olunur.

İngilis dili çox zəngin, maraqlı və qədim tarixə malik olan bir dildir, ona görə də bir məqalədə onun haqqında hər şeyi yazıb bitirmə mümkün deyil, amma ümid edirik ki, bu məlumatlar sizin üçün faydalı oldu. Gələn məqalələrdə başqa dillər haqqında da maraqlı faktlarla bölüşəcəyik. Hələlik!

Sosial şəbəkələrdə paylaş:

Şərh vermək


Təhlükəsizlik şifrəsi
Yenilə

Şərhlər  

LesPype
#6 LesPype 10.12.2019 22:17
Vente De Propecia En Pharmacie viagra vs cialis Dapoxetine Priligy
Sitat gətirmək
LesPype
#5 LesPype 21.11.2019 23:23
Celexa Online Pharmacy Propecia Daily Dosage Merck Us Fast Shipping Meds cialis achat en suisse Viagra Y Antidepresivos Cialis Generika 40mg Buy Tadacip Online
Sitat gətirmək
LesPype
#4 LesPype 15.11.2019 03:32
Cialis Prix Libre cialis 5 mg Prix Levitra 10 Mg Posologie Levitra Generico Contrassegno Priligy Ssri
Sitat gətirmək
LesPype
#3 LesPype 07.09.2019 18:59
Manufacturing Amoxicillin Kamagra Vente Libre Internet Cialis Rezeptfrei Kaufen Paypal
Sitat gətirmək
Ahmet Yilmaz
#2 Ahmet Yilmaz 16.10.2016 22:46
men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
Sitat gətirmək
gunay
#1 gunay 04.12.2015 21:24
cox seyleri burdan oyrendim cox sag olun :-) :lol: :P :P :P :P :P :P :roll:
Sitat gətirmək