AzərbaycancaРусскийEnglish
Qaynar xətt
+994 50 706-41-11
Zəng sifariş etmək
hotline@perevod.az
perevod.az


Skype Translator - Microsoft-un Canlı Ünsiyyət sahəsində yeni irəliləyişi.

1 1 1 1 1 Reytinq 5.00 (1 Səs)

Skype-ın yeni texnologiyası vasitəsi ilə tezliklə başqa dildə danışan şəxsin nitqini başa düşmək mümkün olacaq!

"Code Conference 2014" konfransı zamanı Satya Nadella (Satya Nadella, Microsoft-un icraçı direktoru) və Qardip Pol (Gurdeep Pall, Skype və Lync üzrə Microsoft-un korporativ vitse-prezidenti) Skype üçün yeni texnologiya -  "Skype Translator" adlı, real zamanda işləyən səs tərcüməçisi haqqında məlumat verdilər və yeni texnologiyanı nümayiş etdirdilər.

Yeni kəşf  müsahibin dilini bilməyərək, Skype vasitəsi ilə onunla ünsiyyətdə olmağa imkan yaradır, özüdə gələcəkdə "Skype Translator",  cümlələrin qurulması prinsipini və morfologiyasını nəzərə alaraq, danışan insanın nitqini avtomatik olaraq tərcümə edəcək. 

Yeni texnologiyanın nümayışı zamanı, Qardipin nitqi İngilis dilindən Alman dilinə, eyni zamanda onun müsahibinin nitqi əksinə - Alman dilindən İngilis dilinə tərcümə olunurdu. Həmçinin, danışıq zamanı nitqin tərcüməsi ilə eyni zamanda, hər iki istifadəçinin ekranında tərcümənin mətni göstərilirdi. Bu nümayişda iştirak edənlərin sözlərinə görə, "Skype Translator" kifayət qədər yaxşı tərcümə edir, amma hər halda, tərcümənin keyfiyyəti istənilən qədər yaxşı səviyyədə deyil, çünki  tərcüməçinin cari versiyası çətin ki biznes-danışıqları üçün istifadə oluna bilər.

Hələ ki bilinmir son reliz nə vaxt buraxılacaq və "Skype Translator" pulsuz olacaqmı, ancaq söylənilirdi ki, 2014-ci ilin sonuna kimi tərcüməçinin ilk beta versiyası Windows 8 əməliyyat sisteminin Skype-ında yer alacaq və yalnız bundan sonra başqa əməliyyat sistemlərində də əlçatan olacaq.

 "Skype Translator" ən azı 40 dil dəstəkləyəcək, və şirkətin rəhbərləri söz veriblər ki, zaman keçdikcə, bu say artacaq, tərcümənin keyfiyyəti isə daima təkmilləşəcək.

Mənbələr:

Microsoft-un bloqu

www.skaip.su saytı

Sosial şəbəkələrdə paylaş:

Şərh vermək


Təhlükəsizlik şifrəsi
Yenilə