AzərbaycancaРусскийEnglish
Qaynar xətt
+994 50 706-41-11
Zəng sifariş etmək
hotline@perevod.az
perevod.az


Keyfiyyətli tibbi tərcümə - uğurlu müalicənin təminatıdır!

1 1 1 1 1 Reytinq 0.00 (0 Səs)

Texnologiyaların sürətli inkişafı və ucuz səyahət etmək imkanlarının artması sayəsində, dünya hələ heç vaxt belə "dar" olmamışdır. Səhiyyə və tibb sahəsində bu, insanların xaricdə tibbi xidmətlər və müalicə almaları üçün geniş imkanlar yaratmışdır.

© Freepik

Xarici ölkədə tibbi xidmətlərdən istifadə etməyə səbəb kimi bir çox amil çıxış edə bilər, o cümlədən pasiyent üçün müəyyən müalicə növlərinin öz ölkəsində əlçatmaz olması, məzuniyyət zamanı müalicə almaq istəyi və ya xaricdə tibbi cərrahiyyə variantlarının axtarışı və s. Səbəbdən asılı olmayaraq, bir şeyi dəqiq söyləmək olar ki, keyfiyyətli tibbi tərcüməyə ehtiyac hələ heç vaxt belə yüksək olmamışdır. Lakin tibbi turizmin üstünlükləri ilə yanaşı bir sıra çətinliklər də mövcuddur, məsələn, dil baryeri. İstənilən başqa sənədlə olduğu kimi, tibbi tərcümə zamanı buraxılan kiçicik bir səhv bütün mənanı dəyişə, bəzi hallarda isə insanın həyatı və sağlamlığı üçün təhlükə yarada bilər. Bunun üçün də, keyfiyyətli və peşəkar tibbi tərcüməyə tələbat bugünkü gündə müasir səhiyyənin və tibbin ayrılmaz bir hissəsinə çevrilmişdir.

Tibbi sənədlərin tərcüməsi həm tibb işçilərinə, həm də onların müalicə etdikləri pasiyentlərə bir sıra üstünlüklər verir. Səhiyyə sahəsində işləyən mütəxəssislər üçün,  pasiyentlərinin danışdıqları dildən asılı olmayaraq, onlarla effektiv və operativ qarşılıqlı əlaqə qurmaq olduqca vacibdir. Bugünkü gündə həm həkimlərə, həm də pasiyentlərə, onlar üçün aşağıdakı növ tibbi sənədləri keyfiyyətli tərcümə etməyi bacaran səriştəli tərcüməçinin xidmətlərindən istifadə etmək imkanının olması olduqca böyük önəm daşıyır:

- pasiyentin xəstəlik tarixçəsi, anamnez;

- müayinə, analizlər, USM, MRT, rentgenoqrafiya və digər diaqnostik müayinələrin nəticələri;

- tibbi sertifikatlar, arayışlar, çıxarışlar, epikriz;

- həkimin ikinci rəyi üçün tələb olunan müxtəlif tibbi sənədlər;

- yeni dərmanlar, tibbi avadanlıq üçün təlimat kitabçaları və istifadə qaydaları;

- klinik araşdırmaların, sınaqların nəticələri;

- müxtəlif xəstəliklərə qarşı mübarizə və profilaktika üzrə DST və digər təşkilatların tövsiyələri;

- ümumi tibbi məlumatlar, məqalələr;

- müalicə edən həkimlə və ya həkimlər arasında yazışmalar;

- tibbi veb-saytlar, proqramlar, tətbiqlər (əlavələr) və s.

Bu pasiyent üçün də önəmlidir, çünki o həyata keçirilməsi tələb olunan tibbi prosedurlar və müalicə haqqında məlumat alır. Müalicə prosesində pasiyent həmçinin bir sıra sənədləri imzalamalı olur. Vacibdir ki, bu sənədlər peşəkar şəkildə tərcümə olunsun, çünki pasiyent nəyə razılıq verdiyini və nəyi imzaladığını həmişə bilməlidir, əks halda bu gözlənilməz xərclərə və digər xoşagəlməz məqamlara gətirib çıxara bilər. Bu sənədlər pasiyentə vacib məlumatlarla tanış olmağa, öz durumunu qiymətləndirməyə, müalicə planına düzgün riayət etməyə və öz sağlamlığı üçün ən doğru qərarları verməyə imkan verir.

Müasir tibb texnologiyalar və innovasiyalarla çiyin-çiyinə inkişaf edir. Dünyanın müxtəlif guşələrindən olan insanların maraqları naminə, hər gün yeni müalicə metodları, tibbi avadanlıq və dərmanlar işlənib hazırlanır. Tibb mütəxəssislərinin və pasiyentlərin müxtəlif dərman vasitələrindən və ya tibbi cihazlardan necə istifadə etmək lazım olduğunu anlamaları üçün, yüksək keyfiyyətli tibbi tərcüməyə qanuni baxımdan da  ehtiyac  var. Məsələn, idxal edilmiş dərman preparatları və tibbi avadanlıq üçün sənədlər hədəf bazarın dilinə müvafiq qaydada tərcümə edilmədiyi təqdirdə, müvafiq dərman vasitəsinin və ya tibbi cihazın həmin ölkədə qanuni satışı mümkün olmayacaq, bu isə peşəkar tibbi tərcüməni mütləq şərtlərdən biri edir.

Əczaçılıq (farmasevtik) sahəsində də peşəkar tibbi tərcümə çox vacib rol oynayır. İnkişaf etmiş ölkələrdən olan əczaçılıq məhsulları inkişaf etməkdə olan ölkələrin bazarlarına və əksinə tədarük olunduğu bir dönəmdə, dərmanların dozasına və allergik reaksiyalara dair məlumatlarda buraxılacaq kiçicik bir səhv ciddi nəticələrə gətirib çıxara bilər. Bu cür həyat üçün təhlükəli səhvlərin qarşısını, tibbi sənədlərin tərcüməsində ixtisaslaşdırılmış, həm tibbi, həm də farmokoloji terminologiyanı, eləcə də mənbə və hədəf dili mükəmməl bilən peşəkar tərcüməçilərin köməyi ilə almaq olar.

Tibbi tərcümə çox vaxt özünə müvafiq ixtisaslaşmaya malik olmayan insanlar üçün məlum və anlaşılan olmayan terminləri əhatə edir. Buna görə də, iki dilli (iki dildə danışan) dostlar, qohumlar, şirkət işçiləri və həvəskar tərcüməçilər tərcümənin dəqiqliyini təmin edə bilməzlər, üstəlik, onlar qeyri-dəqiq diaqnozun qoyulmasına səbəb ola biləcək qarışıqlıq yarada bilərlər. Bu və yuxarıda göstərilən səbəblərə görə, israrla tövsiyə olunur ki, xəstələr, həkimlər, farmasevtik və tibb şirkətləri tibbi tərcümə xidmətlərini tibbi tərcümə sahəsində çoxillik təcrübəyə malik olan peşəkar tərcüməçilərdən alsınlar.

Müasir tibbin sərhədləri yoxdur. Müxtəllif millətlərə mənsub olan mütəxəssislər və pasiyentlər arasında əlaqəni təmin etmək üçün, məlumatlar həm tibbi təcrübə, həm də araşdırmalar zamanı sürətlə ötürülməlidir. Tərcüməçilər bu rabitəni daha effektiv edirlər. Onların bu sahədəki dərin bilikləri pasiyentlərin effektiv müalicə almaları üçün zəruri olan dəqiqliyi təmin edirlər.

Gold Stream şirkəti yüksək keyfiyyətə və dəqiqliyə malik olan tibbi tərcümə xidmətlərini təklif edir. Tibbi tərcüməyə dair qiymətlərimizlə Qiymətlər və ödəmə üsulları bölməsindən tanış ola bilərsiniz. Qiymət sorğusu göndərmək üçün aşağıdakı linkə keçid ala bilərsiniz: Qiymət sorğusu.

Sosial şəbəkələrdə paylaş:

Şərh vermək


Təhlükəsizlik şifrəsi
Yenilə

Şərhlər  

Elladdith
#2 Elladdith 28.08.2019 07:03
Buy Tadacip 20 Viagra Montreal A Vendre Levitra Ritarda L'Eiaculazione cheapest cialis 20mg Amoxil Dose Buy Cialis Through Paypal Vt Logistics Singapore
Sitat gətirmək
cialis
#1 cialis 07.03.2019 14:16
I know this website offers quality depending posts and additional data, is there any other website which provides these kinds of stuff in quality?
Sitat gətirmək