AzərbaycancaРусскийEnglish
Qaynar xətt
+994 50 706-41-11
Zəng sifariş etmək
hotline@perevod.az
perevod.az


Tərcüməni kimə həvalə etməli: tərcüməçiyə, tərcümə bürosuna yoxsa şirkətin öz əməkdaşına?

1 1 1 1 1 Reytinq 0.00 (0 Səs)

Dünya bazarına daxil olarkən hər bir şirkətin qarşılaşdığı problemlərdən biri - marketinq materiallarının, məhsul, xidməti və digər sənədlərin hədəf bazarının dilinə tərcüməsidir.   Ehtiyaclarınızdan asılı olaraq, burada sizin üç seçiminiz var:

  • Siz tərcüməni özünüz edə və ya şirkətinizin əməkdaşlarından birinə həvalə edə bilərsiniz.
  • Hər bir dil üçün ayrıca tərcüməçi tapıb, işi ona gördürə bilərsiniz.
  • Hər hansı bir tərcümə bürosunun xidmətlərindən istifadə edə bilərsiniz.

Düzgün qərar vermək üçün siz bir neçə amilləri, o cümlədən imkanlarınızı, resurslarınızı, ehtiyaclarınızı və potensial xərclərinizi nəzərdən keçirməli olacaqsınız.

Resurslarınız
Tərcüməni yerinə yetirmək üçün sizin və ya şirkətinizdə çalışan əməkdaşlarınızın lazımi bacarıqları varmı? Məsələn, sizə İspan dilinə tərcümə lazım olduğu və şirkətinizdə İspan dilini bilən əməkdaş çalışdığu halda, tərcüməni ona həvalə etmək fikri çox cəlbedici görünə bilər. Lakin bunu etməmişdən öncə siz bir neçə amili nəzərə almalısınız:

1. Tərcüməçi sadəcə olaraq iki dildə danışa bilən şəxs deyil.
Tərcüməçi hər iki dildə sərbəst danışmağı və yazmağı bacarmalıdır və bildiyi ikinci, yəni mənbə dildən hədəf dilə, yəni öz ana dilinə tərcümədə böyük təcrübəyə olmalıdır. Əgər o tərcümənin yönəldiyi ölkədə yaşayırsa, bu çox böyük üstünlükdür. O tərcümə mövzusu barədə məlumatlı olmalı və hədəf dildə əla yazmağı və redaktə etməyi bacarmalıdır.
Düşünün: Siz kiməsə marketinq materialı yazdıranda sadəcə olaraq İngilis dilində danışmağı bacaran şəxsi seçirsiniz? Yoxsa əla yazıçılıq baçarığına malik olan şəxsə üstünlük verirsiniz - və sonda materialı yenə də başqa bir şəxsə yoxladırsınız? Potensial tərcüməçinin qarşısında da belə tələblər qoyulmalıdır. Beləliklə, sizin Alman, Fransız və ya İspan dilli əməkdaşınızın öz ana dilində lazımi yazıçılıq bacarıqları varmı?
Lakin, əgər sizə ən çox bir dilə tərcümə etmək lazım olursa, o zaman bir nəfər daimi tərcüməçi işə götürmək sizin üçün ən sərfəli variant ola bilər. Lakin əmin olun ki, sizin səriştəli tərcüməçi seçmək üçün lazımi təcrübəniz var. Unutmayın ki, o sizin bütün peşəkar tərcümə işlərinizi yerinə yetirən yeganə insan olacaqdır. Həmin şəxsin gördüyü iş sizi qane etmədiyi təqdirdə, tərcüməçini dəyişmək asan olmayacaq. Bundan başqa, yəqin ki, siz tərcüməni başqa bir nəfərə də yoxlatmaq istəyəcəksiniz, necə ki, böyük ehtimalla, siz orijinal mətni başqa işçiyə artıq yoxlatmısınız.

2. Öz işçilərinizə tərcümə işlərini gördürmək də baha başa gəlir
Nəzərə almağı unutmayın ki, işçiniz tərcümə üzərində işləməyə vaxt sərf edəcəkdir. Peşəkar tərcüməçi bir iş gününə təxminən 2000 söz tərcümə edə bilir. Daha az təcrübəyə malik olan insana bunun üçün daha çox vaxt tələb oluna bilər. Bu vaxt ərzində tərcümə üzərində işləyən əməkdaşlarınız öz daimi iş tapşırıqlarını yerinə yetirə bilməyəcəklər.

Ehtiyaclarınız
Sizin müntəzəm olaraq bir dilə peşəkar tərcümə xidmətlərinə ehtiyacınız var, yaxud da ki, sizə bir  və ya bir neçə sənədin bir neçə dilə birdəfəlik tərcüməsi lazımdır? Əgər sizə tez-tez bir və ya iki dilə (bir aya 20 000 söz və ya artıq) tərcümə işləri gördürmək lazımdırsa, ola bilsin ki, şirkətinizə tam-ştat peşəkar tərcüməçi işə götürmək məqsədəuyğun sayıla bilər. Lakin, digər tərəfdən, əgər sizə vaxtaşırı olaraq bir neçə dilə tərcümə etdirmək lazım olursa, yaxud da ki, sizə qısa zamanda böyük həcmli tərcümə işlərini yerinə yetirmək lazımdırsa,tərcümə bürosunun xidmətlərindən istifadə bütün lazımı logistikanın qeydinə qalacaq. Büro hər bir dil üçün uyğun tərcüməçi, icra müddəti qısadırsa, hətta bir neçə tərcüməçi  tapacaq, yoxlama tapşırıqlarını bölüşdürəcək və hər şeyin vaxtında yerinə yetirilməsini və tərcümə xidmətinin yüksək keyfiyyətdə olmasını edəcəkdir.

Xərclər
İlk baxışdan tərcümə işlərini yerinə yetirməyin ən ucuz yolu kimi onları özbaşına görmək və ya şirkətinizin əməkdaşına həvalə etmək görünə bilər. Lakin burada bəzi gizli xərclərin meydana gəl biləcəyini nəzərə almalısınız. Məsələn, sərf olunan vaxt və, böyük ehtimalla, aşağı keyfiyyət. Keyfiyyətsiz tərcümə sizin biznesiniz üçün, işin lazımi səviyyədə yerinə yetirilməsinə sərf edəcəyiniz potensial xərclərdən, daha baha başa gələ bilər.
Başqa kifayət qədər sərfəli variant vasitəçilərə, yəni tərcümə bürosuna müraciət etmədən frilans tərcüməçinin xidmətlərindən istifadə etməkdir. Əgər siz bu yolla getməyə qərar versəniz, öncə əmin olun ki, sizin peşəkar tərcüməçi seçmək və tərcümənin keyfiyyətini müəyyən etmək üçün kifayət qədər bilikləriniz və təcrübəniz var.
Sonuncu variant, sizin bütün tərcümə işlərinizin qeydinə qalacaq peşəkar tərcümə xidmətləri şirkətinə müraciət etməkdir. Bu əksər şirkətlər üçün ən məqsədəuyğun variantdır. Bu tərcümənizin ən yüksək keyfiyyətdə olacağını təmin edir, bu isə qərar verərkən ən vacib amillərdən biridir. Yadda saxlayın: ola bilsin ki, siz bu xidmət üçün əvvəlcədən bir az artıq pul ödəməli olacaqsınız, lakin keyfiyyətsiz tərcümə üçün siz, ondan istifadə etdikcə, onu dərc etdikcə və yaydıqca daima pul xərcləməli olacaqsınız. Keyfiyyətsiz tərcümə nəticəsində baş vermiş biznes itkiləri keyfiyyətli tərcümə üçün xərclədiyiniz pulların cüzi olduğunu göstərir. Tərcümə şirkətinin xidmətlərindən istifadə etdikdə siz həmçinin tərcüməçiyə beynəlxalq ödənişlər etmə haqda düşünməli olmayacaqsınız, çünki hədəflənən ölkədən tərcüməçi seçmək həmişə daha məqsədəuyğundur.

Seçim sizindir. Resurslarınızdan, ehtiyaclarınızdan və qiymətdən asılı olaraq sizin bir neçə variantınız var. Lakin unutmayın ki, peşəkar tərcümə xidmətləri sifariş edərkən ən mühüm faktor keyfiyyətdir.

 

Müəllif: Christian Erwig-Straughan           Mənbə: Free Articles from ArticlesFactory.com

Tərcümə Gold Stream şirkəti tərəfindən yerinə yetirilib

Sosial şəbəkələrdə paylaş:

Şərh vermək


Təhlükəsizlik şifrəsi
Yenilə