AzərbaycancaРусскийEnglish
Qaynar xətt
+994 50 706-41-11
Zəng sifariş etmək
hotline@perevod.az
perevod.az


TOEFL üzrə 3 aylıq "Beyinin Mühasirəsi" hazırlıq proqramı!

1 1 1 1 1 Reytinq 5.00 (1 Səs)

TOEFL testinin nə olduğunu demək olar ki artıq hamı bilir. Amma bilməyənlər üçün

TOEFL (Test of English as a Foreign Language) – xarici dil kimi İngilis dili üzrə beynəlxalq test imtahanıdır.

 Bu test Sizə nə verir?

Bu imtahanda qazanılan yaxşı nəticə istənilən şəxsin həyatını əhəmiyyətli dərəcədə yaxşılığa doğru dəyişə bilər:

  • Dünyanın demək olar ki istənilən universitetinə qəbul olmaq üçün yaşıl işıq yandırır
  • İnsanın istər yerli, istər xarici şirkətlərdə yüksək əməkhaqqısı olan iş yerlərində işləmək uğrunda gedən rəqabətdə şanslarını xeyli artıra bilər.
  • İngilis dilini həqiqətən bildiyinizi quru sözlərlə deyil, bütün dünyada tanınan rəsmi beynəlxalq sənədlə sübut edə bilərsiniz.

Bu imtahanı vermək bir çox tələbələrə əlçatmaz arzu və ya dəhşətli yuxu kimi görünür. Bu ondan irəli gəlir ki, TOEFL testi hətta İngilis dilini kifayət qədər yaxşı bilən insanlar üçün də çox çətindir və bu imtahana hazırlıqsız girən istər dil daşıyıcısının özü belə aşağı nəticə toplaya bilər.

Testin çətinliyini təsəvür etmək üçün testi hazırlayan ETS şirkətinin saytında olan xüsusi nümunə üçün verilmiş testləri verməyə cəhd edə bilərsiniz. Çox adam heç birinci Reading bölməsinin 5 sualına cavab verməmiş nəyin nə yerdə olduğunu anlayır və özünün indiyə qədər olan İngilis dili qabiliyyətlərinə şübhə ilə yanaşmağa başlayır.

Bunun üçün də, çoxları testə öz gücünə hazırlaşmaq ideyasından əl çəkir və müxtəlif bahalı kurslara yazılmağa qərar verir. Bu isə insanın

  • çoxlu pul xərcləməsinə
  • testə hazırlaşmaqdan çox yollarda vaxt keçirməsinə
  • işindən və ailəsindən fikrinin yayınmasına
  • fiziki və mənəvi yorulmasına

gətirib çıxarır. Üstəlik də, hələ bilinmir bu işin axırı necə olacaq çünki heç kəs zəmanət verə bilməz ki, həmin şəxs TOEFL imtahanında yüksək bal toplayacaq.

Bunun hamısı ilə yaxşı tanış olduğumuz üçün biz sizi Azərbaycan məkanında analoqu olmayan proqramda iştirak etməyə dəvət edirik!

TOEFL test imtahanı üzrə 3 aylıq
"Beyinin Mühasirəsi" hazırlıq proqramı.

"Beyinin Mühasirəsi" nədir?

Qısa zamanda TOEFL testinə intensiv hazırlıq üçün bizim mütəxəssisimiz tərəfindən hazırlanmış xüsusi tədris metodikasıdır.

Təsəvür edin ki, sizin beyininiz bir keçilməz qaladır və həmin qalanın içində sizin hədəfə aldığınız məqsədiniz gizlədilib. Həmin qalanı almaq üçün siz çox çalışqan, səbirli və məqsədyönlü olmalısınız. Birinci sizin beyininiz yeni məlumatlara, xarici səslərə, sözlərə, qrammatik qaydalara, ümumiyyətlə dilə müqavimət göstərməyə çalışacaq, amma siz inadkarlıq göstərsəniz, gec ya tez həmin qala təslim olacaq və siz istədiyiniz məqsədə çatacaqsınız. Bunun üçün də proqramın adı "Beyinin Mühasirəsi" adlanır. Siz faktiki olaraq öz beyininizə yeni biliklər axımı ilə məqsədyönlü şəkildə hücüm edəcəksiniz. Düzdür, bu biraz qəribə səslənir lakin proqrama qoşulsanız, sizin üçün daha da aydın olar.

3 aylıq intensiv hazırlıq proqramı zamanı sizi nə gözləyir?

  • TOEFL test imtahanının ümumi strukturu və qaydaları, imtahana girməmişdən öncə, girəndən sonra və çıxdıqdan sonra olan prosedurlar, sual və tapşırıq tipləri və onlara ayrılan vaxt ilə tanışlıq
  • Testin ayrı-ayrılıqda hər bölməsi, sual və tapşırıq tipi üzrə strategiyalar, taktikalar və müvəfəqiyyət qazanmağın sirləri
  • Test zamanı vaxtın düzgün bölünməsi və ona effektiv qənaət olunması
  • İmtahan verənlərin 90%-nın kabusuna çevirilmiş Speaking bölməsinə güc gəlməyin yolları
  • Listening bölməsində istifadə olunan İngilis dilində akademik nitqi və kampus danışıqlarını aydın başa düşməyin və əsas məzmunu anlamağın yolları
  • Söz ehtiyatının qısa zamanda çoxaldılması, yeni sözləri, söz birləşmələri, idiomaları yaddaşda effektiv saxlamağın yolları
  • Bilmədiyiniz suallara və tapşırıqlara cavab verməyin strategiyası
  • Həftəlik yoxlama testləri və ev tapşırıqları
  • Maraqlı və faydalı materiallar
  • Testlə bağlı faydalı məsləhətlər və suallarınızın cavablandırılması
  • Motivasiya və psixoloji hazırlıq
  • və digər...

Dərslər harada keçiriləcək?

Dərslər internet vasitəsi ilə, canlı, online webinarlar şəklində keçiriləcək. Evdən heç yerə çıxmağınıza ehtiyac yoxdur.

Proqrama qoşulmağın qiyməti neçədir?

Birinci dərsimiz tanışlıq xarakteri daşıyır və onda PULSUZ hər kəs iştirak edə bilər.

Əgər dərsləri davam etdirmək istəyərsinizsə, ayda cəmi 30 AZN ödəməli olacaqsınız. Bu sizə şans verir ki, dərsləri bəyənmədikdə, proqrama 2-ci aydan davam etməyəsiniz.

Birdəfəlik 3 aylıq ödəniş etsəniz proqramın qiyməti cəmi 79 AZN təşkil edəcəkdir.

Proqrama necə qoşulmaq olar?

Bunun üçün aşağıdakı formaya adınızı və email ünvanını daxil edib bizə göndərməlisiniz. 1-ci ödənişsiz dərsimiz başlamamışdan 1 gün öncə sizin email ünvanınıza bu haqda bildiriş göndəriləcək.

Proqram üçün yazılmaq!

 

Sosial şəbəkələrdə paylaş:

Şərh vermək


Təhlükəsizlik şifrəsi
Yenilə