AzərbaycancaРусскийEnglish
Qaynar xətt
+994 50 706-41-11
Zəng sifariş etmək
hotline@perevod.az
perevod.az


Erasmus Mundus proqramında qəbul artıq başlayıb.

1 1 1 1 1 Reytinq 0.00 (0 Səs)
Erasmus Mundus nədir?

Erasmus Mundus ali təhsil sahəsində əməkdaşlıq və mobillik proqramıdır.

Proqramın məqsədi Avropada ali təhsilin keyfiyyətinin yüksəldilməsi və üçüncü ölkələrlə əməkdaşlıq yolu ilə insanlar və mədəniyyətlər arasında dialoqun və qarşılıqlı anlaşmanın təşviq edilməsidir. Erasmus Mundus proqramları:

  • Avropadan və hədəf seçilmiş Üçüncü Ölkələrdən olan universitetlər arasında qurumlararası əməkdaşlıq üzrə tərəfdaşlıqlar yaratmağı arzulayan ali təhsil qurumlarına;
  • Yuxarıda qeyd olunan birgə proqramlar və ya əməkdaşlıq üzrə tərəfdaşlıqlar çərçivəsində təlim/tədqiqat/tədris müddətindən keçmək istəyən fərdi tələbələr, tədqiqatçılar və universitetlərin işçi heyətlərinə dəstək təmin edir.

Proqram aşağıdakıları təklif edir:
1. Avropa və qeyri-Avropa universitetləri arasında birgə magistratura və doktorantura proqramları
2. Avropa və qeyri-Avropa ali təhsil qurumları arasında üzrə tələbə və alimlərin mobilliyi
3. Avropa ali təhsil sisteminin üstünlüyünün və cəlbediciliyinin dünya miqyasında təşviq olunması
Dəstək 3 tədbir vasitəsilə təmin olunur:
Tədbir 1 – təqaüd sistemi də daxil olmaqla, birgə magistratura və doktorantura proqramları
Tədbir 2 – təqaüdlər də daxil olmaqla, qeyri-Avropa ali təhsil mərkəzləri ilə tərəfdaşlıqlar (keçmiş Xarici Əməkdaşlıq Pəncərəsi)
Tədbir 3 – Avropanın ali-təhsil sisteminin təşviq olunması
Tədbir 1 –ali dərəcəli mühüm birgə proqramlar ən azı üç müxtəlif Avropa ölkəsindən olan universitetlərin konsorsiumu tərəfindən hazırlanır və icra olunur. Dünyanın başqa ölkələrindən olan universitetlər də konsorsiuma daxil edilə bilər. Bütün dünyadan olan tələbələr və alimlər təqaüdlər əldə edə bilərlər. Proqramlara ən azı iki universitetdə məcburi təhsil və araşdırma müddəti və iki, çoxsəviyyəli və ya birgə təhsil dərəcələri daxildir.

Tədbir 1 - üzrə aşağıdakılar təmin olunur:

  • Avropa və mümkün halda Üçüncü Ölkənin ali təhsil qurumlarının konsorsiumu tərəfindən təklif olunan yüksək keyfiyyətli birgə magistratura kurslarının (Tədbir 1A) və doktorantura proqramlarının (Tədbir 1B) dəstəklənməsi. Birgə proqramın mahiyyəti və nəticələrində maraqlı olan digər növ təşkilatlar da konsorsiumda iştirak edə bilərlər.
  • Üçüncü Ölkə və Avropa tələbələrinin/doktoranturaya namizədlərin Erasmus Mundus çərçivəsindəki bu birgə magistratura kurslarında və doktorantura proqramlarında iştirak etmələri üçün onlara təqaüdlərin/elmi işçi dotasiyalarının verilməsi.
  • Üçüncü Ölkə və ya Avropa alimlərinin birgə magistratura proqramlarının bir hissəsi kimi, tədqiqat və ya tədris tapşırıqlarını yerinə yetirmələri üçün onlara qısa müddətli təqaüdlərin verilməsi.

Tədbir 1 üzrə kursun Erasmus Mundus proqramı çərçivəsində tanınması və qəbul edilməsi üçün, bu kurs Avropa İttifaqının 27 Üzv Dövlətindən birinin, EEA-EFTA ölkələrinin (İslandiya, Lixtenşteyn, Norveç) və ya Aİ-na üzvlüyünə namizəd ölkələrin (Xorvatiya, Keçmiş Yuqoslav Respublikası Makedoniya və Türkiyə) tanınmış ali təhsil qurumlarının Konsorsiumu tərəfindən təklif olunmalıdır. Konsorsiuma ən azı münasib sayılan üç fərqli ölkədən olan üç fərqli ali təhsil müəssisəsi daxildir. Tədbir 1 çərçivəsində seçildikdən sonra, bu konsorsium üçüncü ölkənin ən azı bir ali təhsil qurumu ilə tərəfdaşlıq yarada bilər.

Tədbir 2 – tərəfdaşlıqlar elmi əməkdaşlığın, tələbə və alimlərin mübadiləsinin genişləndirilməsi, Aİ-nın xarici əməkdaşlıq siyasətində hədəf seçilmiş Aİ-na üzv olmayan ölkələrin sosial-iqtisadi inkişafına yardım edilməsi üçün əsas təşkil edir. Konsorsiuma ən azı 3 Avropa ölkəsindən minimum 5 ali təhsil qurumu və hədəf kimi seçilmiş qeyri-Avropa regionlarından bir sıra ali təhsil qurumları daxil olmalıdırlar. Həssas olan imkansız qruplara və əhaliyə xüsusi diqqət yetirilir.
Proqramın əsas xarakterik xüsusiyyətləri:

  • Dəyişən müddətli təqaüdlər (3 aydan 3 ilə qədər)
  • Bakalavr, magistratura, doktorantura və post-doktorantura tələbələrinə və ali təhsil müəssisəsinin heyətinə təqaüdlərin verilməsi (təlim, tədris, araşdırma fəaliyyəti)
  • Xüsusi proqramlara bağlı olmayan mobillik

Tədbir 3 – Avropa ali təhsil sisteminin dünyada cəlbedicliyini, nüfuzunu, statusunu, onun haqda məlumatlılığı artırır. Tədbirlər ali təhsilin təşviqatı, çıxış imkanlarını, keyfiyyətin təminatı, təhsil müəssisəsində kursun bitməsi haqda sertifikatın tanınması, ixtisasların qarşılıqlı tanınması, tədris planlarının hazırlanması və mobillik kimi bütün aspektlərinin beynəlxalq tərəfləri ilə bağlıdır. Tədbirlər Avropa ölkələrindən minimum 3 iştirakçı təşkilatdan və Üçüncü Ölkələrdən 2 təşkilatdan təşkil olunmuş və ali təhsil sahəsində fəal olan təşkilatların qarışıq şəbəkələri tərəfindən icra oluna bilər.

Mənbə: http://eeas.europa.eu

Sosial şəbəkələrdə paylaş:

Şərh vermək


Təhlükəsizlik şifrəsi
Yenilə