AzərbaycancaРусскийEnglish
Qaynar xətt
+994 50 706-41-11
Zəng sifariş etmək
hotline@perevod.az
perevod.az


Haqqımızda

Xoş gəlmisiniz! Bizim xidmətlərimizlə maraqlandığınız və saytımızı ziyarət etdiyiniz üçün Sizə təşəkkür edirik. Gold Stream şirkəti öz fəaliyyətində dünyanın aparıcı inkişaf etmiş ölkələrinin peşəkar tərcümə xidmətləri sahəsində təcrübəsini və Azərbaycanın ənənəvi tərcümə məktəbini birləşdirir. Bizim şirkətimizin biznes modeli imkan verir ki, peşəkar tərcümə xidmətləri əhalinin bütün təbəqələri üçün əlçatan olsun.

Özümüzü 3 sözlə təsvir etsək bunu belə edərdik: Peşəkarlıq, Dəqiqlik, Etibarlılıq.

Bizim şirkəti fərqləndirən əsas cəhət - Peşəkarlıqdır.

Peşəkarlığın əsas amilləri isə bizim üçün DəqiqlikEtibarlılıqdır.

Dəqiqliyimiz - göstərdiyimiz xidmətlərin keyifiyyətində və ən yüksək standartlara cavab verməsində əks olunur. Biz həmişə çalışırıq ki, səhv etmə dərəcəsini sıfır səviyyəsində saxlayaq.

Etibarlılığımız - xidmətlərin söz verilən vaxtda icra etməyimizdə, müştərinin gözləntilərini doğrultmağımızda və onların sənədlərinin məxfiliyinə zəmanət verməyimizdə təzahür olunur.

Rəqib şirkətlərdən bizi fərqləndirən əsas cəhətlərdən biri də Şəffaflığımızdır. Bizim qiymətlərimiz açıq və aydın şəkildə saytımızda dərc edilir və hər bir müştəri istənilən vaxt onlarla tanış ola, hətta xüsusi rahat qiymət kalkulyatoru vasitəsilə sifariş edəcəyi tərcümənin qiymətini hesablaya bilər. Üstəlik, biz bütün ödənişləri yalnız nağdsiz şəkildə, hesablaşma hesabımıza pul köçürməsi və ya onlayn ödəmə üsulu ilə qəbul edirik.

Biz tərcüməçilərin seçiminə çox həssas yanaşırıq, çünki bizim üçün nüfuzumuzu qorumaq çox vacibdir. Bizimlə yalnız yüksək ixtisaslaşdırılmış, ali təhsilli, xaricdə təhsil almiş və ya uzun müddət xarici ölkələrdə yaşamış və tərcümə xidmətləri sahəsində çoxillik təcrübəyə malik olan tərcüməçilər çalışır.

Bizim şirkətin əsas məqsədləri:

- Mümkün qədər ucuz qiymətə mümkün qədər yüksək keyfiyyətli xidmətlər göstərmək. Bununla biz əhalinin daha böyük hissəsini əhatə etmək istəyirik. Hüquqi şəxslərlə bərabər, fiziki şəxslər də xidmətlərimizdən yararlana bilərlər.

- Vətəndaşlarımız üçün peşəkar tərcümə xidmətlərini əlçatan etmək. Həm qiymət baxımından, həm xidmətləri internet vasitəsi ilə asanlıqla, rahat, evdən və ya ofisdən çıxmadan sifariş etmək imkanı baxımından.

Öz işinizi bizə etibar etməklə Siz həm vaxtınıza qənaət etmiş olursunuz, həm də yüksək keyfiyyət və peşəkarlıq standartlarına cavab verən tərcümə xidmətlərini alırsınız. Bizimlə əmin ola bilərsiniz ki, işiniz mümkün qədər ən qısa vaxtda yerinə yetirilib sizə təhvil veriləcəkdir və Sizin istək və tələblərinizə uyğun gələcəkdir, çünki bizim üçün Sizin istəkləriniz və bizim nüfuzumuz həmişə ön planda durur.

Hörmətlə,

Gold Stream komandası

Sosial şəbəkələrdə paylaş: