AzərbaycancaРусскийEnglish
Qaynar xətt
+994 50 706-41-11
Zəng sifariş etmək
hotline@perevod.az
perevod.az

Ən çox verilən suallar - Bütün suallar

İstədiyiniz sual kateqoriyasını seçin

Sual-Cavabların axtarışı
İstədiyiniz sual kateqoriyasını seçin

Tərcümə və ya digər xidmətlərimizdən birini sifariş etmək üçün aşağıda göstərilən üsullardan istifadə edə bilərsiniz.

Sifariş etmək üçün

  • Qaynar xətt nömrələrimizdən birinə zəng etmək
  • Elektron poçt qutumuza məktub yazmaq
  • Saytın aşağı sol küncündə daima görsənən "Onlayn Konsultant" düyməsinə basaraq bizim əməkdaşımızla əlaqə saxlamaq
  • Əlaqə bölməsində formanı dolduraraq, "Hansı məsələ üzrə müraciət edirsiniz?" xanasında "Sifariş" sözünü seçdikdən sonra formanı göndərmək

olar.

Əgər sifarişin yerinə yetirilmə qiyməti və müddəti sizi qane edərsə, sizin üçün rahat olan ödəmə üsulunu seçirsiniz və ödənişi edirsiniz.

Öz sifarişlərinizi tələb olunan məbləği şirkətimizin hesablaşma hesabına köçürməklə istənilən bankdan və ya internet bankinq vasitəsi ilə ödəyə bilərsiniz. Bundan əlavə, istənilən debet və ya kredit kartından və ya elektron ödəmə sistemlərindən istifadə edərək evdən çıxmadan sifarişi online ödəyə bilərsiniz. Bizdə olan bütün ödəniş imkanları haqqında daha ətraflı məlumatı Qiymətlər və ödəmə üsulları bölməsindən öyrənə bilərsiniz.

Bütün sifarişlər əvvəlcədən ödənilməlidir. Yalnız bizimlə müqavilə bağlayan müştərilər göstərilmiş xidmətlərlə bağlı borclarını xidmət yerinə yetirildikdən sonra da, müqavilənin şərtlərinə uyğun olaraq ödəyə bilərlər.

Standart səhifə ümumi tematikaya aid, təxminən 300 sözdən ibarət olan Microsoft Word dokumentinin 1 səhifəsi civarında mətndir. Bununla bərabər, bəzi tərcümə xidmətləri(məsələn, şəxsi sənədlər) standart qiymətlər üzrə göstərilir. Ətraflı məlumat üçün Qiymətlər və ödəmə üsulları bölməsinə daxil olun.

Sifarişin icra müddəti bizim şirkətin təyin etdiyi xüsusi meyarlar əsasənda müəyyən edilir. Bunlardan bəziləri: sözlərin sayı, mövzu, jarqon və texniki söz və söz birləşmələrinin miqdarı, mətnin strukturu və s. Bəzi tərcümələr sifariş verilən gün ərzində, hətta bir neçə saat ərzində təhvil verilə bilər. Məsələn, pasport, diplom və s. kimi şəxsi sənədlər.

Əgər sifariş etmək istədiyiniz mətn 100 səhifədən artıqdırsa, biz sizin üçün 1 standart səhifə miqdarında pulsuz sınaq tərcüməsini həyata keçirə bilərik.

Daimi müştərilərə bəzi güzəştlər edilə bilər.

Xeyr. Gold Stream şirkəti öz fəaliyyətinin şəffaflığını və dürüstlüyünü qorumaq üçün yalnız nağdsız ödənişləri qəbul edir. Bizdə olan bütün ödəniş imkanları haqqında daha ətraflı məlumatı Qiymətlər və ödəmə üsulları bölməsindən öyrənə bilərsiniz.

Təcrübə göstərir ki, təhsil ilə bağlı təqaüdü qazanmaq üçün əsas amillər aşağıdakılardır:

  • Məktəb və ya universitet qiymətləri üzrə orta bal (GPA)
  • Xarici dil üzrə bilik səviyyəsi, beynəlxalq test imtahanlarının nəticələri
  • Motivasiya məktubu və müəllimlər tərəfindən yazılmış tövsiyə məktubları

Proqramlar/universitetlər ərizəçiləri özlərinin müəyyən etdikləri meyarlara və dəyərlərə görə seçirlər. Məsələn, bir universitet üçün ərizəçinin dili bilmək qabiliyyəti onun qiymətlərindən daha çox vacib ola bilər və ya əksinə. Bu baxımdan, müvəfəqiyyət qazanmağının ümumi düsturü yoxdur, lakin proqramı/universiteti öz bilik səviyyənizə və qabiliyyətlərinizə uyğun seçməyiniz sizin şanslarınızı kifayət qədər artıra bilər.

Əgər istifadəçi adınızı və ya şifrənizi unutmusunuzsa, onları bərpa etmək üçün avtorizasiya panelinin altında "İstifadəçi adını unutdum" və "Şifrəni unutdum" linklərini basaraq, avtomatik bərpa prosesinə başlaya bilərsiniz. İstifadəçi adınız/Şifrəniz sizin qeydiyyat zamanı göstərdiyiniz email ünvanınıza göndəriləcəkdir.

Əgər bu yolla nəzarəti bərpa etmək mümkün olmadısa, bizimlə Əlaqə bölməsindən probleminizi ətraflı təsvir edərək əlaqə saxlayın.  Bizim əməkdaşımız akkauntu dərhal bloklaşdırıb sizinlə tezliklə əlaqə saxlayacaq.

Mümkün qədər tez zamanda bizimlə Əlaqə bölməsindən problemi ətraflı təsvir edərək əlaqə saxlayın.  Bunun üçün " xanasında "Texniki məsələlər" seçimini edin. Əgər problemin screenshot-unu əlavə fayl kimi müraciətinizə qoşsanız sizə daha da minnətdar olarıq.

Yaxud da ki, birbaşa saytın administratoruna məxsus olan  aşağıdakı email ünvanına məktub yaza bilərsiniz: administrator@perevod.az

Ola bilsin ki, Yahoo-da sizin profiliniz hələ aktivləşdirilməyib. Profili aktivləşdirmək üçün Yahoo-dakı poçt qutunuza əvvəlcədən daxil olun, yuxarı sağ küncdə "More" linkinə basın. Yeni açılan səhifədə Yahoo-nun təklif etdiyi bütün xidmətlər əlifba sırası ilə göstəriləcəkdir. Onların içindən "Profile" seçin və növbəti səhifədə sizə profilinizi aktivləşdirmək təklif olunacaqdır.

Yaxud da ki, Yahoo-ya əvvəlcədən daxil olun və sonra birbaşa aşağıdakı səhifəyə keçin və profilinizi aktivləşdirin. https://profile.yahoo.com/y/activate/

Bunlardan birini etdikdən sonra, istədiyiniz zaman bizim və ya başqa saytlara Yahoo vasitəsi ilə daxil ola bilərsiniz.

Gold Stream şirkəti - elektron kommersiya şirkətidir və əsas fəaliyyətlərini və əməliyyatlarını internet vasitəsi ilə həyata keçirir.