AzərbaycancaРусскийEnglish
Qaynar xətt
+994 50 706-41-11
Zəng sifariş etmək
hotline@perevod.az
perevod.az
Error:
  • XML Parsing Error at 6:8. Error 76: Mismatched tag


Bu gün görkəmli şərqşunas və tərcüməçi Rüstəm Əliyevin ad günüdür

Rüstəm Əliyev (1929-1994) – məşhur Azərbaycan şərqşünası, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi, Harvard Universitetinin fəxri doktoru.

 Rüstəm Musa oğlu Əliyev 1929-cu il yanvar ayının 13-də Şəmkir rayonunun Morul kəndində anadan olmuşdur.1946-cı ildə Nizami adına Morul kənd orta məktəbini bitirib Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olmuş, burada bir il oxuduqdan sonra A.A.Jdanov adına Leninqrad Dövlət Universitetinin Şərq fakültəsinə qəbul olunmuşdur. Daha sonra həmin universitetin aspiranturasını bitirmiş, 1954-cü ildə Leninqradda "Sədi Şirazinin "Gülüstan" əsərinin tənqidi mətni" mövzusunda namizədlik, 1968-ci ildə Moskvada "Sədi Şirazinin poetik irsinin bərpası problemi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Yevgeni Bertelsin dəvəti ilə Leninqraddan Moskvaya gələn Rüstəm Əliyev 1955-1971-ci illərdə SSRİ EA Şərqşünaslıq İnstitutunda işləmiş, burada kiçik elmi işçidən Şərq mətnşünaslığı bölməsinin müdiri vəzifəsinədək yüksəlmişdir.

1972-1980-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Əlyazmalar İnstitutunda baş elmi işçi və Ərəbdilli yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin müdiri, 1980-1983-cü illərdə Nizami adına Ədəbiyyat İnstitutunda Nizamişünaslıq şöbəsinin müdiri, 1983-cü ildən ömrünün sonuna qədər Şərqşünaslıq İnstitutunda İran filologiyası şöbəsinin müdiri vəzifəsində çalışmışdır.

Azərbaycan Respublikası Mətbuat və İnformasiya Nazirliyinin elmi məsləhətçisi (1989-1994), AMEA prezidentinin klassik Şərq ədəbiyyatı üzrə müşaviri (1991-1994), Azərbaycan-İran Dostluq Cəmiyyətinin sədri (1992-1994), "Şəhriyar" qəzetinin və "Nizami Gəncəvi" jurnalının baş redaktoru (1992-1994) olmuşdur.

1994-cü ilin aprel ayında Bakıda vəfat etmiş, II Fəxri Xiyabanda dəfn edilmişdir.

Mənbə: Wikipedia

 

Sosial şəbəkələrdə paylaş:

Şərh vermək


Təhlükəsizlik şifrəsi
Yenilə

Özümüzü 3 sözlə təsvir etsək bunu belə edərdik: Peşəkarlıq, Dəqiqlik, Etibarlılıq. Öz işinizi bizə etibar etməklə Siz həm vaxtınıza qənaət etmiş olursunuz, həm də yüksək keyfiyyət və peşəkarlıq standartlarına cavab verən tərcümə xidmətlərini alırsınız. Bizimlə əmin ola bilərsiniz ki, işiniz mümkün qədər ən qısa vaxtda sizə təhvil veriləcək və Sizin istək və tələblərinizə uyğun gələcək, çünki Sizin istəkləriniz və bizim nüfuzumuz bizim üçün həmişə ön planda durur.

Gold Stream komandası

Xəbərlər

Dərc olunub: 17/10/2018
keyfiyyetli-tibbi-tercume-ugurlu-mualicenin-teminatidirTexnologiyaların sürətli inkişafı və ucuz səyahət etmək imkanlarının artması sayəsində, dünya hələ heç vaxt belə "dar" olmamışdır. Səhiyyə və tibb sahəsində bu, insanların xaricdə tibbi xidmətlər və müalicə...
Dərc olunub: 29/12/2016
tercumeni-kime-hevale-etmeli-tercumeciye-tercume-burosuna-yoxsa-sirketin-oz-emekdasina Dünya bazarına daxil olarkən hər bir şirkətin qarşılaşdığı problemlərdən biri - marketinq materiallarının, məhsul, xidməti və digər sənədlərin hədəf bazarının dilinə tərcüməsidir.   Ehtiyaclarınızdan asılı...
Dərc olunub: 27/11/2016
herfi-yoxsa-serbest-tercume-hansi-yanasma-daha-meqsedeuygundur Hərfi və ya sərbəst tərcümənin nisbi üstünlükləri yüzilliklər boyunca mübahisə obyektinə çevrilmişdirlər və bu problemin yaxın zamanlarda öz həllini tapması indandırıcı görünmür. Əslində, kontekstdən və...

Elanlar

Dərc olunub: 31/12/2017
gold-stream-irk-ti-sizi-yeni-il-m-nasib-ti-il-t-brik-edirƏziz müştərilərimiz və saytımızın ziyarətçiləri! Biz Sizləri daha bir uğurlu, məhsuldar və müvəffəqiyyətli ilin bitməsi və Yeni, 2018-ci ilin gəlişi münasibəti ilə təbrik etməkdən məmnunluq duyuruq! 2017-ci il...
Dərc olunub: 10/11/2014
hamini-bizim-yeni-achilan-forumumuza-devet-edirikSaytımızın qonaqlarını bizim yeni açılan forumumuzda aktiv iştirak etməyə dəvət edirik.  İstədiyiniz sualları vermək, fikirlərinizlə bölüşmək, maraqlı müzakirələrdə iştirak etmək istəyirsinizsə saytda...
Dərc olunub: 09/11/2014
toefl-uzre-3-ayliq-beyinin-muhasiresi-hazirliq-proqrami TOEFL testinin nə olduğunu demək olar ki artıq hamı bilir. Amma bilməyənlər üçün TOEFL (Test of English as a Foreign Language) – xarici dil kimi İngilis dili üzrə beynəlxalq test imtahanıdır.  Bu test Sizə nə...